Ülvi Mürüdov Bakıda itkin düşüb

07:45 - 30 Mart 2022

Ülvi Mürüdov Bakıda itkin düşüb

Qax rayon sakini, 1996-cı il təvəllüdlü Ülvi Cavid oğlu Mürüdov Bakıda itkin düşüb.

 

Manset.az "Report"-a istinadən xəbər verir ki, uzun müddətdir Bakı şəhərində işləyən 26 yaşlı Ü.Mürüdovdan artıq bir neçə gündür xəbər yoxdur. Yaxınlarının sözlərinə görə, Ü.Mürüdov dörd gün öncə Yasamal rayonunda kuryer kimi işlədiyi restorandan çıxıb, həmin gündən onu görən olmayıb.

Ü.Mürüdovu görənlərdən, yaxud onun barəsində məlumatı olanlardan 070-537-84-52 telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az