Havada toz dumanı müşahidə olunacaq

14:13 - 31 Mart 2022

Havada toz dumanı müşahidə olunacaq

Aprelin 1-də cənub-qərb istiqamətli hava axınları vasitəsilə Afrika səhralarında formalaşan toz kütlələrinin ölkə ərazisinə daxil olacağı gözlənilir.

 

Bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova Manset.az-a bildirib.

“Peyk görüntülərindən əldə olunan məlumata görə, respublika ərazisində, əsasən də regionlarda havada toz hissəciklərinin miqdarının normadan artıq olacağı ehtimal olunur”.

G.Abbasovanın sözlərinə görə, toz dumanının davam etmə müddəti və havanın çirklənmə səviyyəsi barədə əlavə məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az