Xəbər verdiyimiz kimi, bu gün Naxçıvanda ota məktəb binasının divarının çökməsi nəticəsində ölənlər və xəsarət alanlar var.
Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyindən Manset.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Babək rayonunun Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə 2022-ci il martın 1-dən etibarən yenidənqurma işləri həyata keçirilir.
2022-ci il 31 mart tarixində Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə tikinti işləri aparılarkən binanın bir divarının çökməsi nəticəsində 3 nəfər tikinti işçisi həlak olub, 1 nəfər isə xəsarət alıb.
Aidiyyatı qurumlar tərəfindən hadisənin səbəbləri barədə araşdırma aparılır.