Şəkər tozu qıtlığının yaranması xəbəri ilə bağlı - Rəsmi açıqlama

16:13 - 31 Mart 2022

Şəkər tozu qıtlığının yaranması xəbəri ilə bağlı - Rəsmi açıqlama

“Müxtəlif KİV tərəfindən yayımlanmış şəkər tozu qıtlığınn yaranması barədə məlumatlara cavab olaraq bildirmək istəyirik ki, regionun ən böyük şəkər istehsal müəssisəsi olan İmişli Şəkər Zavodu tam gücü ilə fəaliyyətini davam etdirir”.

 

Bu barədə Manset.az-a İmişli Şəkər Zavodundan bildirilib.

“Kifayət qədər xammal ehtiyatı mövcuddur və istehsal prosesi plan üzrə davam edir. Müvafiq olaraq satış nöqtələri də tələbata uyğun olaraq şəkərlə təmin edilir. Yayılan xəbərlərin heç bir əsasının olmadığını bildiririk və bütün media mənsublarını belə bir həssas məqamda ajiotaja səbəb olmamağa çağırırıq”, - məlumatda qeyd olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az