Naxçıvanda məktəb faciəsində həyatını itirənlər - FOTOLAR

09:05 - 01 Aprel 2022

Naxçıvanda məktəb faciəsində həyatını itirənlər - FOTOLAR

Ötən gün saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsi uçub və nəticədə 4 nəfər ölüb.

 

Manset.az xəbər verir ki, “qafqazinfo” hadisədə ölən şəxslərin fotolarını əldə edib.

Bunlar 1972-ci il təvəllüdlü Həsən Abbasəli oğlu Əliyev, 1961-ci il təvəllüdlü İbrahim Xəlil oğlu Məhərrəmov, 2000-ci il təvəllüdlü Qadir Nizami oğlu Süleymanov və 1988-ci il təvəllüdlü Asəf İsmayıl oğlu Rüstəmovdur.

Faciəvi hadisədə həlak olan şəxslər Nehrəm qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Əlavə edək ki, hadisə nəticəsində 1996-cı il təvəllüdlü Alı Əliyev xəsarət alıb.

Qeyd edək ki, ölən şəxslər Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyirdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az