Vilyam Hacıyevin işdən çıxarılan oğlundan - Açıqlama

20:25 - 01 Aprel 2022

Vilyam Hacıyevin işdən çıxarılan oğlundan - Açıqlama

Bu gün işdən çıxarılan Məhəmməd Hacıyev vəzifədən azad olunması ilə bağlı açıqlama verib.

Manşet.az xəbər verir ki, M.Hacıyev “Qafqazinfo”ya açıqlamasında  işdən ayrılmaq üçün özünün Baş Prokuror Kamran Əliyevə müraciət etdiyini bildirib.

“Şəxsi işlərim çox olduğundan xidməti işləri görməyə vaxtım uyğunlaşmırdı. Bu səbəbdən bir neçə gün öncə özüm könüllü olaraq Baş prokuror Kamran Əliyevə müraciət etdim ki, məni tutdugum vəzifədən sərəncama götürsün”, - o qeyd edib.

Qeyd edək ki, Məhəmməd Hacıyev həbsdə olan İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin oğludur. O, Qubadlı Rayon Prokurorluğunun müstəntiqi idi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az