Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərildi

09:38 - 02 Aprel 2022

Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərildi

Sabirabad rayonu, Qaragüney kəndində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Bunu Manset.az-a Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, araşdırma zamanı ağacların kəsildiyi ərazinin vətəndaş Həmid Kərimova məxsus olduğu və təbiətə 22 740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: “Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az