“Araz Supermarket”ə cərimə protokolu yazıldı

09:50 - 02 Aprel 2022

“Araz Supermarket”ə cərimə protokolu yazıldı

Bakıda tanınmış marketə cərimə protokolu yazılıb.

Manset.az report-a istinadən xəbər verir ki, “Araz Supermarket” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.3-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Vüsal Tağıyevin icraatına verilib. Məhkəmə iclası aprelin 11-nə təyin edilib.

Bu xətaya görə, fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az