Xəbər verdiyimiz kimi Bakı şəhərinin mərkəzində gecə klubunda dəhşətli partlayış baş verib.
Baş verən dəhşətli partlaşıla bağlı Manset.az-a ekskluziv açıqlama verən Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev hadisə nəticəsində ölən və yaralanların sayı haqda ilkin məlumat verib.
"Hazırda hadisə yerindəyəm. Müvafiq işlər görülür. İlkin ehtimala görə 2 ölən və 21 yaralı var. Yaralılar təcili yardımlarla xəstəxanalara aparılır. İlkin ehtimala görə hadisə qaz sızmasından baş verib".