Oğuz rayonunda meşəlik ərazidə yanğın başlayıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın rayonun Xaçmaz-Qışlaq kəndi yaxınlığında, dağətəyi ərazidə baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 texnikası və xeyli sayda canlı qüvvəsi cəlb olunub.