Mingəçevir şəhərində ana və iki övladı dəm qazından zəhərlənib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Müslüm Maqomayev küçəsində baş verib.
45 yaşlı Qədirova Elmira Qərib qızı və onun övladları, 10 yaşlı Qədirov Elvin Elçin oğlu, 9 yaşlı Qədirov Elmir Elçin oğlu yaşadıqları mənzildə dəm qazından boğulub.
Ana və övladları xəstəxanaya yerləşdirilərək həkim nəzarətinə götürülüblər.
Faktla bağlı araşdırma başladılıb.