TƏBİB-dən partlayışda xəsarət alanlarla bağlı daha bir - Açıqlama

21:01 - 03 Aprel 2022

TƏBİB-dən partlayışda xəsarət alanlarla bağlı daha bir - Açıqlama

TƏBİB Bakıda gecə klubunda baş verən partlayışla bağlı daha bir məlumat yayıb.

 

Qurumdan Manset.az-a verilən məlumata görə, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 4 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb. 

Ümumilikdə, gün ərzində ambulator müalicə üçün 6 nəfər evə göndərilib. 

Hazırda tibb müəssisələrində ümumilikdə, 18 nəfər müalicə  alır.  Onlardan 15-i TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir. 

Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 6-sının vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Xəstələrin müayinə-müalicəsi xüsusi peşəkar həkim briqadasının intensiv nəzarəti altındadır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az