Partlayışda xəsarət alan daha bir nəfər evə buraxıldı

19:44 - 04 Aprel 2022

Partlayışda xəsarət alan daha bir nəfər evə buraxıldı

TƏBİB Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlarla bağlı yeni məlumat yayıb.

Manşet.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, qurumdan bildirilib ki, xəsarət alanlardan hazırda tibb müəssisələrində ümumilikdə, 15 nəfər müalicə  alır. 

Onlardan 12-si TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Son məlumata görə, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 1 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb.

Ümumilikdə, bu gün ambulator müalicə üçün 3 nəfər evə göndərilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az