Bakıda gecə klubunda baş verən partlayışda yaralanan bloqer Aysel Şükürovanın görüntüsü yayılıb.
Manset.az xəbər verir ki, bu barədə Ayselin dünən ad gününə getdiyi Raul öz “Instagram” hesabında paylaşıb.
O, qeyd edib ki, Aysel əməliyyat olunub.
Qeyd edək ki, hadisə 3 apreldə Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib, 3 nəfər həbs edilib.