“ASAN Xidmət” əməkdaşını qaçıran qohumu tutuldu

11:07 - 05 Aprel 2022

“ASAN Xidmət” əməkdaşını qaçıran qohumu tutuldu

Ağcabədidə 30 yaşlı qadını qaçıran şəxs tutulub. 

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Manset.az-a bildirilib ki, martın 7-də qohumu Tutu İbrahimovanı qaçırmaqda şübhəli bilinən Qeis Cabbarov saxlanılıb. Laçın RPŞ-də Q.Cabbarov barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, T.İbrahimova “ASAN Xidmət” Mərkəzinin əməkdaşıdır. Mart 7-də şəxsi avtomobili ilə işdən evə gedərkən Qeis Cabbarov tərəfindən qaçırılmışdı. Qadın polis tərəfindən martın 14-də tapılmışdı. Anasının sözlərinə görə, Q.Cabbarov onların yaxın qohumudur.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az