“İçərişəhər”dən lift qırılması xəbərləri barədə açıqlama - Yeniləndi

21:14 - 05 Aprel 2022

“İçərişəhər”dən lift qırılması xəbərləri barədə açıqlama - Yeniləndi

İçərişəhərdə yerləşən restoranlardan birində lift qırılıb.

Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ağır xəsarət alıb. Hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Hadisə nəticəsində iki nəfər çoxsaylı travmalar alıblar. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib.

Xəsarət alan şəxslər 1988-ci il təvəllüdlü Məmməd Abdulsalamov və 1978-ci il təvəllüdlü Nadir Qəhrəmanovdur.

***

İlkin məlumata görə, yaralanan şəxslər liftin təmiri ilə məşğul olan şəxslərdir. 

***

"İçərişəhər" DTMQ İdarəsinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, bu gün İçərişəhər ərazisində yerləşən restoranların birində qırılan lift barəsindəki məlumatlar həqiqəti əks etdirmir:

“İçərişəhər ərazində belə bir hadisə baş verməyib”.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az