Azərbaycanlı tələbə eyni vaxtda 3 universitetdə təhsil alacaq

22:52 - 05 Aprel 2022

Azərbaycanlı tələbə eyni vaxtda 3 universitetdə təhsil alacaq

Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu Eyvaz Əhmədzadə eyni zamanda Avropanın üç universitetində təhsil alacaq.

Manşet.az xəbər verir ki, bu barədə UFAZ məlumat yayıb.

Belə ki, o, Erasmus Mundus Birgə Magistr dərəcəsinin bir hissəsi olaraq Yaşıl Şəbəkə və Bulud Hesablamaları üzrə təhsil almaq üçün təqaüd qazanıb.

Proqrama əsasən, Eyvaz Əhmədzadə Fransada Lotaringiya Universiteti, Böyük Britaniyada Lids Bekket Universiteti və İsveçdə Lulea Texnologiya Universitetlərində təhsil alacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az