Əsgərin döyülməsi ilə bağlı araşdırma başlandı

10:24 - 06 Aprel 2022

Əsgərin döyülməsi ilə bağlı araşdırma başlandı

Daxili Qoşunların N saylı hərbi hissəsində hərbçinin döyülməsini əks etdirən görüntülər araşdırılır.

 

Respublika Hərbi Prokurorluğundan Manset.az-a verilən məlumata görə, bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır. Bildirilib ki, qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi tərəfindən yayılan açıqlamada videogörüntülərin ötən il qeydə alındığı bildirilmişdi. "Fakt təsdiqini tapdığına görə həmin hərbçi daxili işlər orqanlarından xidmətdən xaric edilib. Faktla bağlı toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilməsi təmin ediləcək”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az