Xəzər dənizində növbəti monitorinqlərin aparılması məqsədilə Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə dənizə çıxan ekspedisiya qrupu tərəfindən Nərimanov NQÇİ-nin “8 mart” yatağı ərazisində suitilərin hərəkəti müşahidə olunub.
Eyni zamanda, Bulla adası ətrafında müxtəlif ornitofauna növlərinin aktivliyi qeydə alınıb. Bunu ekspedisiya qrupunun rəhbəri Nazim Mahmudov Manset.az-a bildirib.
Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən monitorinqlər 10 aprel tarixinədək davam etdiriləcək.