“Müsavat” partiyasının üzvü, ictimai fəal Əziz Məmiyevin güc strukturları tərəfindən təqibə məruz qalması, ölümlə hədələnməsi ilə bağlı iddialar yayılıb. O, bununla bağlı şikayətlərinin polisdə araşdırılmadığını deyir.
Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib. Qurumun şöbə rəisi, polis mayoru Elşad Hacıyev iddiaları təkzib edib: “Sosial şəbəkədə paylaşılan iddiaların məqsədi siyasi mühacir olmaq üçündür. Onun müraciətlərinə baxılmaması, araşdırılmaması da əsassızdır. Dəfələrlə müxtəlif polis orqanlarına dəvət olunub, dinlənilib. Sonra nə baş verib? Çıxandan sonra iddia edib ki, ona təzyiq edilib. Axı niyə təzyiq edilsin, buna nə lüzum var? Hardadır burda məntiq?!
Bununla yanaşı, DİN tərəfindən onun bank hesabından barəsində tətbiq olunan inzibati tənbeh tədbirlərinə görə cərimə rüsumu tutulub. İzah olunub, ancaq mənası olmayıb”.
Qeyd edək ki, ötən gün Ə.Məmiyev DİN-in binası qarşısında aksiya keçirərkən saxlanılıb və Baş Polis İdarəsinə aparılıb, daha sonra sərbəst buraxılıb.