logo
logo logo
logo

“Parkovşik”ə təpik atan qadın saxlanıldı

15:46 - 06 Aprel 2022

“Parkovşik”ə təpik atan qadın saxlanıldı

Sumqayıtda parklanma xidməti əməkdaşına hücum edən qadın polis tərəfindən saxlanılıb.

 

Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov "Qafqazinfo"ya bildirib ki, həmin qadının şəxsiyyəti müəyyənləşdirilib və o, polis əməkdaşları tərəfindən ərazi üzrə Polis Bölməsinə gətirilib: "Həmin qadın barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə tədbir görülüb".

Xatırladaq ki, daha əvvəl sosial şəbəkələrdə maşından düşən bir qadın sürücünün "parkovşik"ə təpiklə vurduğunu əks etdirən görüntülər yayılmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az