“Anadan doğulan kimi də koronavirusa yoluxmaq mümkündür”.
Manset.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxssis-eksperti pediatr Əkbər Quliyev deyib.
O bildirib ki, əgər ana doğuşa yaxın dövrdə, xüsusən son 2 həftədə koronavirusa yoluxubsa, doğulan körpəsi də bu virusa yoluxa bilər. Həmçinin sözügedən virus yenidoğulmuşlara onunla yaxın təmasda olan şəxslərdən, o cümlədən, tibb işçilərindən də keçə bilər.