Gecə klubunda olan müğənni dəhşətli gecəni xatırladı: "Adamlar yana-yana..." - VİDEO

16:10 - 06 Aprel 2022

Gecə klubunda olan müğənni dəhşətli gecəni xatırladı: \"Adamlar yana-yana...\" - VİDEO

Müğənni Nicat Məhərrəmov Bakıda gecə klubunda baş verən partlayışdan danışıb.

 

Manset.az xəbər verir ki, "Bizimləsən" verilişinə qonaq olan Nicat hadisə zamanı orada dəhşətli anlar yaşadığını bildirib. Nicat saçının, kirpiyinin və qolundan bir hissənin yandığını deyib. 

O, partlayışın zərbəsindən insanların çölə səpələndiyini, bəzi adamların isə yanaraq çölə qaçdığının şahidi olub. 

Sənətçi həmin gecə klubunda yanıq xəsarətləri alan 4 dostundan da danışıb. İfaçı hazırda onların xəstəxanada müalicələrinin davam etdiyini və vəziyyətlərinin orta ağır qiymətləndirildiyini bildirib.

Qeyd edək ki, hadisə aprelin 3-ü Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda qeydə alınıb. Partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib.

Ətraflı videoda: 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az