Ukraynalı cütlük müharibə başlayandan könüllü olaraq işləyir - VİDEO

17:15 - 06 Aprel 2022

Ukraynalı cütlük müharibə başlayandan könüllü olaraq işləyir - VİDEO

Ukraynanın Nikolayev şəhərində gedən müharibəyə baxmayaraq, ölkəni tərk etməyən Darina və Dmitri cütlüyü ehtiyacı olanlara ərzaq və dərman, eləcə də geyim yardımı edir.

 

Manset.az xəbər verir ki, bu barədə Baku TV-də yayımlanan “Salam Baku” verilişində məlumat verilib.

Qeyd olunub ki, müharibə başlayandan şəhərdə könüllü olaraq işləyən cütlük insanların ehtiyaclarını ödəmək üçün bütün qüvvələrini səfərbər edib.

“Bir aydan çoxdur ki, evə də getmirik. Bizə çoxlu humanitar müraciətlər gəlir. Xəstəxanalara gedirik. Yeməkdən, dərmandan, geyimdən tutmuş, əlimizdən gələn qədər kömək etməyə çalışırıq. Ancaq hər şeyi, eləcə də bəzi dərmanları özümüz də ala bilmirik. Çünki həmin dərmanlar ölkədə yoxdur. Müharibəyə görə də gətirilə bilmir”, - deyə Dmitri qeyd edib.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az