“Parkovşik”ə təpik atan qadının kimliyi bilindi

21:50 - 06 Aprel 2022

“Parkovşik”ə təpik atan qadının kimliyi bilindi

Xəbər verdiyimiz kimi, bu gün Sumqayıtda qadının parkinq nəzarətçisinə hücum etməsini əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub.
 
Manşet.az
xəbər verir ki,  hadisəni törədən qadının Sumqayıt şəhər sakini Günay Dayanova olması məlum olub.

Bildirilib ki, ictimai yerdə insident törədən G.Dayanova Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə laborant vəzifəsində çalışır. O, ailəli və 2 uşaq anasıdır.

Qeyd edək ki, "Mitsubishi Outlander” markalı avtomobildən düşərək parkinq nəzarətçisinə hücum edən G.Dayanova inzibati məsuliyyətə cəlb edilib.
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az