Tərtər Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsə yeni direktor təyin olunub.
Manset.az-ın əldə etdiyi məlumata görə, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə, Sərxan Cəlahani adəçəkilən xəstəxananın direktoru vəzifəsinə təyinat alıb. O, bu təyinata qədər Bərdə Mərkəzi xəstəxanasında anistezioloq-həkim vəzifəsində çalışıb.