Ağacları kəsən şəxs cəzalandırıldı

12:10 - 08 Aprel 2022

Ağacları kəsən şəxs cəzalandırıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 22-ci məhəllədə ağacların kəsilməsi faktı müəyyən edilib.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Manset.az-a bildirib ki, araşdırma zamanı ağacların vətəndaş Zahid Əliyev tərəfindən kəsildiyi və təbiətə 4320 manat məbləğində ziyan dəydiyi məlum olub.

 “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az