20 nəfərin velosipedini oğurlayıb ticarət mərkəzində satdı - FOTO/VİDEO

12:40 - 08 Aprel 2022

20 nəfərin velosipedini oğurlayıb ticarət mərkəzində satdı - FOTO/VİDEO

Binəqədidə 20 nəfərin velosipedini oğurlayan şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətindən Manset.az-a bildirilib ki, paytaxt sakini olan bir nəfər Binəqədi RPİ 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus 1200 manat dəyərindəki velosiped yaşadığı binanın dəhlizindən oğurlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Tofiq Mürsəlov saxlanılıb. Araşdırma zamanı onun Binəqədi rayonunda daha 19 vətəndaşa məxsus velosipedi oğurladığı müəyyən edilib.

Məlum olub ki, T.Mürsəlov oğurladığı velosipedlərin bir neçəsini paytaxt ərazisində yerləşən ticarət mərkəzlərindən birində satıb. Onun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az