"COVID-19"la mübarizədə TƏHLÜKƏLİ HAL - Bu vaksinin tərkibində şübhəli maddə tapıldı

17:19 - 09 Aprel 2022

\"COVID-19\"la mübarizədə TƏHLÜKƏLİ HAL - Bu vaksinin tərkibində şübhəli maddə tapıldı

ABŞ-da yerləşən "Moderna” şirkəti 764 min 900 doza COVID-19 peyvəndinin "çirklənmə” şübhəsi ilə geri qaytarılacağını açıqlayıb.

Manşet.az sfera.az-a istinadla xəbər verir ki, şirkətdən verilən açıqlamada peyvənd şüşələrindən birində yad maddənin aşkar edildiyi və dozaların ehtiyat məqsədilə toplanacağı bildirilib.

Yanvar ayında İspaniya, İsveç, Norveç, Polşa və Portuqaliyaya paylanan vaksin bağlamalarında təhlükəsizlik probleminin aşkar edilmədiyi qeyd olunub.

Sözügedən yad maddənin yalnız bir şüşədə tapıldığı və digər qablaşdırmaların da ehtiyat məqsədi ilə geri çağırılacağı vurğulanıb.

Qeyd edək ki, keçən il "Moderna” tərəfindən istehsal edilən COVID-19 peyvəndinin 1.63 milyon dozası tərkibində paslanmayan polad hissəciklərin olması səbəbilə Yaponiyada tətbiqi dayandırılıb. Bu günə qədər bütün dünyada 900 milyondan çox "Moderna” peyvəndi tətbiq edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az