İmtahanların nəticələri nə üçün gec açıqlanır? – Rəsmi

09:57 - 11 Aprel 2022

İmtahanların nəticələri nə üçün gec açıqlanır? – Rəsmi

Buraxılış imtahanlarının nəticələrinin gec elan olunmasının səbəbi açıqlanıb.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən açıqlamada yazılı cavab tələb edən tapşırıqların yoxlanılmasının uzun müddət tələb etdiyi bildirilib.

 

"Bu səbəbdən buraxılış imtahanlarının nəticələri gec açıqlanır", - deyə əlavə edilib.

 

Qeyd edək ki tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5-6 mart 2022-ci il tarixlərində keçirilən buraxılış imtahanlarının nəticələri 1 aprel tarixində elan olunub.

 

12-13 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin isə aprelin 10-dək elan olunması nəzərdə tutulsa da, hələ də cavablar açıqlanmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az