“Rusiya-Ukrayna müharibəsində iştirak edən Azərbaycan vətəndaşları cəzalandırılacaqlar” - DEPUTAT

14:31 - 11 Aprel 2022

“Rusiya-Ukrayna müharibəsində iştirak edən Azərbaycan vətəndaşları cəzalandırılacaqlar” - DEPUTAT

Rusiya-Ukrayna müharibəsində iştirak edən Azərbaycan vətəndaşları cəzalandırılacaqlar.

 

Manset.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa xəbərdarlıq edib.

Bununla belə o vurğulayıb ki, əgər azərbaycanlı Rusiya və ya Ukrayna vətəndaşıdırsa, bu ölkələrin qanunlarına uyğun olaraq orduya çağırılıbsa, yaxud könüllü dəstələrdə döyüşürsə, o zaman Azərbaycan qanunları ilə heç bir məsuliyyət daşımır.

“Ancaq Azərbaycan vətəndaşıdır və digər ölkənin ordusu, yaxud könüllülər dəstəsinə qoşularsa, müvafiq olaraq məsuliyyət daşıyacaq”, - deyə parlamentari yerli media nümayəndələri ilə söhbətində bildirib.

Qeyd edək ki, Azərbaycan öz vətəndaşlarına xarici dövlətlərin silahlı qüvvələri sıralarında xidmət etməyi, müqavilə əsasında, yaxud muzdlu hərbi qulluqçu kimi xidmət etməyi qadağan edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az