Bakıda torpaq sahələri BAHALAŞDI

22:33 - 11 Aprel 2022

Bakıda torpaq sahələri BAHALAŞDI

Bakıda torpaq sahələri bahalaşıb.

Manşet.az "Oxu.Az"a istinadən xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən əldə etdiyi rəqəmlərə əsasən verdiyi məlumata görə, 2022-ci ilin mart ayı üzrə paytaxtda torpaq sahələrinin bir sotu üçün orta qiymət 21 199 manat olub.

Mövcud qiymət əvvəlki ay ilə (2022-ci il, fevral) müqayisədə 7,2 faiz, 2021-ci ilin mart ayı ilə müqayisədə isə 2,3 faiz çoxdur. Bu da torpaq bazarında qiymətlərdə artım müşahidə olunduğunu göstərir.

Ötən ilin müvafiq dövründə torpaq sahələrinin bir sotu üçün orta qiyməti 20 719 manat təşkil edib. 2022-ci ilin fevral ayında isə bu qiymət 19 772 manat olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az