Azərbaycanda şagird məktəbdə bıçaqlandı

09:29 - 12 Aprel 2022

Azərbaycanda şagird məktəbdə bıçaqlandı

Siyəzən rayonunda orta məktəbdə bıçaqlanma olub.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Siyəzən şəhər 21 saylı orta məktəbdə baş verib.

Həmin məktəbin 9-cu sinif şagirdi olan Aydın (şərti) 10-cu sinifdə oxuyan Tamerlanı (şərti) bıçaqlayıb. Ağır xəsarət alan məktəbli xəstəxanaya çatdırılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. 

Hadisəni törədən 9-cu sinif şagirdi saxlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az