Elman Rüstəmov İdarə Heyətinin üzvlüyündən azad edildi - YENİLƏNDİ

11:52 - 12 Aprel 2022

Elman Rüstəmov İdarə Heyətinin üzvlüyündən azad edildi - YENİLƏNDİ

Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib.

 

Manset.az xəbər verir ki, qərar səsə qoyularaq qəbul edilib.

 

10:30

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək.

 

Manset.az xəbər verir ki, iclasda Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidentinin təqdimatları müzakirə ediləcək.

Ötən gün Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında hər iki təqdimata müsbət rəy verilib və plenar iclasında müzakirə üçün tövsiyə edilib.

Qeyd edək ki, E.Rüstəmov hazırda Mərkəzi Bankın İdarə Heyətinin üzvü və sədridir. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də MB sədrliyindən azad olunacaq. O, 1995-ci ildən Milli Bankın İdarə Heyətinin sədri vəzifəsini icra edir.

İdarə Heyətində Elman Rüstəmovu əvəz edəcək Taleh Kazımovun isə 38 yaşı var. O, maliyyə sektorunda peşəkar fəaliyyətə 2004-cü ildən başlayıb və bank rəhbəridir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az