Tanınmış bloger "patı" ilə yaxalandı – ANBAAN VİDEO

12:38 - 15 Aprel 2022

Tanınmış bloger \"patı\" ilə yaxalandı – ANBAAN VİDEO

DİN-in Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinin və Baş Narkotiklərlə Mübarizə idarəsinin 07.04.2022-ci il tarixində keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrdə "jam_guliyev" kimi tanınan Cəmil Quliyev saxlanılmış və onun üzərinə baxış keçirilərkən şəxsi istifadə miqdarında metamfetamin (patı) aşkarlanıb.

 

Manset.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Faktla bağlı 29-cu polis şöbəsinin əməkdaşlarının tərtib etdiyi protokol Yasamal Rayon Məhkəməsinə göndərilmiş və Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Cəmil Quliyev barəsində 2 ay müddətində inzibati həbs qərarı verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az