Rusiya Prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinskiy Rusiya ilə Ukrayna arasındakı döyüşlərdə həyatını itirən hərbçilərin cəsədlərinin mübadilə edildiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, sosial media hesabında məlumat verən Medinskiy, "Ukraynaya 1000 hərbçinin cəsədi verildi, Rusiyaya isə 35 hərbçinin cəsədi qaytarıldı", - deyə bildirib.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli müzakirələrin ilk və ikinci turu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabidə 23-24 yanvar və 4-5 fevralda keçirilib. Müzakirələrin üçüncü turu isə İsveçrənin Cenevrə şəhərində 17-18 fevralda təşkil edilib.