Şəhidin xatirəsinə həsr olunmuş futbol turniri keçirildi - FOTO

17:18 - 18 Aprel 2022

Şəhidin xatirəsinə həsr olunmuş futbol turniri keçirildi - FOTO

44 günlük Vətən müharibəsinin şəhid qəhrəmanı İbrahimov Atiq Ariz oğlunun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, turnir Mingəçevir şəhər stadionunda baş tutub.

Region liqasının kubokunun 1/4 finalında “Energetik” F.K. (Mingəçevir) və “Cəbrayıl” F.K. (Cəbrayıl) qarşılaşıb.

“Energetik” F.K. futbolçuları meydançaya şəhidin üstündə şəkili əks olunan köynəklərdə çıxıblar. 

Oyun başlamadan A.İbrahimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

1:2 hesabı ilə başa çatan oyunda qonaqlar qələbə qazanıblar.

Növbəti qarşılaşma Sumqayıtda olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az