Türkiyənin Avcılar bölgəsində iki avtobus toqquşub.
Manset.az Türkiyə istinadən xəbər verir ki, hadisədə 4 nəfər yaralanıb.
Hadisə barədə məlumat verilən kimi əraziyə polis, təcili tibbi yardım, yanğınsöndürən və bələdiyyə əməkdaşları göndərilib.
Qəza səbəbilə bir müddət metrobüs səfərlərində gecikmələr yaşanıb və hər iki istiqamətdə avtobus sıxlığı yaranıb.
Zərər görmüş avtobusların ərazidən çıxarılmasının ardından seferlər yenidən normal hala düşüb.