Qarabağ qazisi AzTV-də işlə təmin olundu - VİDEO

14:03 - 20 Aprel 2022

Qarabağ qazisi AzTV-də işlə təmin olundu - VİDEO

Vətən müharibəsinin iştirakçısı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də işlə təmin olunub.

 

Manset.az xəbər verir ki, işlə təmin olunan Qarabağ qazisi 1998-ci il təvəllüdlü Hümmətov Şirxan Rəhim oğludur.

Ş.Hümmətov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib.

Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin leytenantı kimi iştirak edib. Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlərdə şücaət göstərib.

“Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Mülki sahədə özünü sınamaq istəyən Ş.Hümmətov “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə müraciət edib. Onun müraciəti müsbət dəyərləndirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az