“Suriya və İraqda saxlanma yerlərində Azərbaycan vətəndaşları var”.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin 2021-ci il fəaliyyətləri ilə bağlı keçirilən tədbirdə bildirilib.
Qeyd edilib ki, orada saxlanan şəxslərin əksəriyyəti kişilərdir:
“Amma orada qadın və uşaqlar da var. Saxlama şəraiti ilə tanış olunur, ailələri ilə əlaqə saxlamağa imkanlar yaradılır”.