Qəzalı bağçanın aqibəti necə olacaq? - VİDEO

14:57 - 18 May 2022

Qəzalı bağçanın aqibəti necə olacaq? - VİDEO

Kürdəmirdə Mehman İslamov adına 8 saylı uşaq bağçası qəzalı vəziyyətdədir.

 

Manset.az xəbər verir ki, bina yararsız hala düşdüyündən təqribən il yarım öncə fəaliyyətini dayandırıb və kollektiv yeni bina tikilənə qədər digər tədris müəssisələrinə yerləşdirilib. Bu müddət ərzində isə heç bir tikinti işləri aparılmayıb.

Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətindən bildirilib ki, bağçanın tikintisi ilə əlaqədar aidiyyəti qurumlara müraciət olunub, “Vəsait ayrıldıqdan sonra tikintiyə başlanılacaq”, - deyə qurumdan əlavə edilib.

Daha ətraflı Baku TV-nin süjetində:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az