Milli Hidrometeorologiya Xidməti hava şəraitinin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib.
Xidmətdən Manset.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 14-ü axşamdan 16-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s olacaq.
Azərbaycanın rayonlarında isə iyulun 14-ü axşamdan 16-dək bəzi rayonlarda qərb küləyinin arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.