Zibil qabındakı yararsız vəziyyətə düşən pullar - VİDEO

13:15 - 12 Avqust 2022

Zibil qabındakı yararsız vəziyyətə düşən pullar - VİDEO

Sosial şəbəkələrdə manatla bağlı ürəkağrıdan video yayılıb.

 

Manset.az xəbər verir ki, görüntülərdə Azərbaycanın milli pul vahidi olan müxtəlif əsginaslar öz əskini tapıb. Əzilmiş və parçalanmış vəziyyətdə olan xeyli sayda 1, 5 və 50 AZN olan pul vahidləri paytaxtdakı zibil qutularından birində aşkarlanıb.

Milli valyutanın acınacaqlı halını əks etdirən görüntülər onlayn platformalarda paylaşılaraq səs-küy yaradıb.

Belə ki, pulların zibil qabına atılması sosial şəbəkə istifadəçilərini qəzəbləndirib. Onlar əsginasların banklarda yenisi ilə əvəzlənə biləcəyi halda, zibil qabına atılmasına etiraz ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az