İsrail döyüş təyyarələri Beyrutun cənubundakı Dahiye rayonunda bir binaya raket zərbələri endirib.
Manset.az xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb.
İsrail ordusunun hava hücumları nəticəsində dağıntılar və insan tələfatı ilə bağlı hələ ki, məlumat verilmir.
Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, 2 martdan bəri hücumlarda 687 nəfər ölüb, 1774 nəfər yaralanıb.