Aslan Şahgəldiyev PFL-in vitse-prezidenti təyin olundu

17:39 - 12 Avqust 2022

Aslan Şahgəldiyev PFL-in vitse-prezidenti təyin olundu

Peşəkar Futbol Liqasında (PFL) struktur dəyişikliyi edilib.

 

Manset.az xəbər verir ki, qurumda yeni vitse-prezident postu yaradılıb.

Uzun illərdir ki, PFL-də çalışan Aslan Şahgəldiyev qurumun yeni vitse-prezidenti təyin olunub.

Qeyd edək ki, Aslan Şahgəldiyev 2004-cü ildən futbol sahəsində çalışır. O, 2004-cü ildən 2009-cu ilədək “Karvan” klubunda fəaliyyət göstərib. Azərbaycan çempionatının gümüş, bürünc medallarını qazanmış və avrokuboklarda mərhələ keçmiş komandanın idarə heyətində yer alıb. Şahgəldiyev 2009-cu ildən bu günədək Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri idi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az