Sabah Bakıda 39 dərəcə isti olacaq - PROQNOZ

12:44 - 13 Avqust 2022

Sabah Bakıda 39 dərəcə isti olacaq - PROQNOZ

Avqustun 14-nə gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında günəşli hava olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-28° isti, gündüz 34-37°, bəzi yerlərdə 39° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 40-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az