Deputat onun adından yayılan sitatla bağlı - Açıqlama verdi

23:47 - 13 Avqust 2022

Deputat onun adından yayılan sitatla bağlı - Açıqlama verdi

Millət vəkili Sevinc Fətəliyeva sosial şəbəkələrdə onun adından sitat paylaşanlara müraciət edib.

Manset.az xəbər verir ki, deputat onun adından yanlış məlumat paylaşılmasının hüquqi məsuliyyət yaratdığını qeyd edib. S.Fətəliyeva feysbuk səhifəsində yazıb: 

"Adımdan uydurma və cəfəng sitat paylaşanların nəzərinə: bu cür yanaşma sərgiləyənlər unutmasınlar ki, yanlış məlumat və təhqir olunma qanun çərçivəsində tənzimlənir!".

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Sevinc Fətəliyevanın adından "Bəzən sosial şəbəkələrdə elə fikirlər səslənir ki, utandığım üçün 2-3 gün evə getməyib oteldə qalıram" sitatı paylaşılıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az