Azərbaycanlı konqres sədri Ukraynadakı son vəziyyəti AÇIQLADI - VİDEO

13:44 - 17 Avqust 2022

Azərbaycanlı konqres sədri Ukraynadakı son vəziyyəti AÇIQLADI - VİDEO

Ukraynada müharibə davam edir.

 

Manset.ıaz xəbər verir ki, bu ölkədə yaşayan İvano-Frankovsk vilayətinin Azərbaycanlılar Konqresinin sədri Mətləb Nəcəfov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Sumı və Çerniqov vilayətləri raket atəşlərinə məruz qalır. Luqansk istiqamətində, həmçinin Donetsk vilayətinin Abdeyevka və Kramatorsk bölgələrində də vəziyyət gərgindir.

Qeyd edilib ki, avqustun 16-da Belarusdan qalxan təyyarələr Jitomir vilayətində yerləşən hərbi aerodroma zərbə endirib və nəticədə aerodromun hərəkət zolağına ziyan dəyib. Gecə saatlarında isə Nikolayev şəhərində yerləşən universitetə 2 raket atılıb.

O da bildirilib ki, müharibənin ilk günlərində Mariupolda ailəsi ilə birlikdə itkin düşən həmyerlimiz Ruslan Musayev qohumları ilə əlaqə saxlayıb. Təhlükəsizlik səbəbi ilə onun olduğu yerlə bağlı məlumat verilmir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az