Qubada meşə massivində yanğın başladı

13:30 - 20 Avqust 2022

Qubada meşə massivində yanğın başladı

“Bu gün Quba rayonunun Gədik kəndi və Qoşabulaq ərazisinin meşə massivində yanğın başlayıb”.

 

Manset.az xəbər verir ki, bunu “Report”un Siyəzən rayonuna ezam olunmuş əməkdaşına fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

O bildirib ki, hazırda həmin ərazilərə Fövqəladə Hallar Nazirliyinin üç avtomobili və bir helikopteri cəlb edilib:

“Yanğının söndürülməsi işləri davam etdirilir”.

E.Mirzəyev qeyd edib ki, Quba rayonunun digər ərazilərində yanğın söndürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az