Əhmədli qəsəbəsi, Sarayevo 18 ünvanında tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Manset.az-a bildirib ki, sözügedən ərazi Xidmətin əməkdaşlarının nəzarəti altında Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən təmizlənib.
Qeyd edək ki, daha öncə həmin ünvanında yaşayan sakinlərin həyətlərindəki zibillikdən narazılıqları haqda məlumat vermişdik.